Kürdəmir rayonunda bir neçə ay əvvəl törədilmiş cinayət hadisəsinin üstü açılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kürdəmir RPŞ əməkdaşları tərəfindən avtomobil qaçırdığına görə tutulmuş Fariz Abdullayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Xınıslı kənd sakini Amil Salahovla birgə digər əməli üzə çıxıb. Bəlli olub ki, hər iki şəxs birlikdə mayın 5-də rayon ərazisində yerləşən “Todini Construction General S.P.A.” yol-tikinti şirkətinə məxsus ofisdən seyflərin kilidini sındırmaq yolu ilə 4746 manat, 400 avro pul və 1 ədəd mobil telefon oğurlayıblar.
Araşdırmalar davam etdirilir.