Sumqayıtda ata və qızını maşınla vurub qaçan sürücü həbs edilib
08 aprel 2013 17:51 (UTC +04:00)

Sumqayıtda ata və qızını maşınla vurub qaçan sürücü həbs edilib

 

Baş Prokurorluq aprelin 5-də Sumqayıt şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, həmin gün saat 23 radələrində Bakı-Quba yolunun 40-cı kilometrliyində sürücü Ülvan Nuriyev idarə etdiyi «Mazda» markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar - 1954-cü il təvəllüdlü Cabir Qaflanovu və onun qızı 2009-cü il təvəllüdlü Ayan Qaflanovanı vurub hadisə yerindən qaçıb, nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət  işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ülvan Nuriyev tutularaq istintaqa cəlb olunub. Ü.Nuriyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1225

Oxşar yazılar

FTX azərbaycanlını casus adı ilə  belə həbs etdi - VİDEO

FTX azərbaycanlını casus adı ilə belə həbs etdi - VİDEO

21 avqust 2025 , 17:40
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

21 avqust 2025 , 16:31
Ağdamda gənc qadın itkin düşdü - FOTO

Ağdamda gənc qadın itkin düşdü - FOTO

21 avqust 2025 , 15:51
Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

21 avqust 2025 , 15:23
Ana qızının toyunda  infarktdan öldü

Ana qızının toyunda infarktdan öldü

21 avqust 2025 , 13:19
Müayinəyə gələn hamilə   xəstəxanada öldü

Müayinəyə gələn hamilə xəstəxanada öldü

21 avqust 2025 , 11:42
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

21 avqust 2025 , 11:07
Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

21 avqust 2025 , 10:35