Tanınmış jurnalistin səhhətində problem yaranıb
09 iyul 2013 13:54 (UTC +04:00)

Tanınmış jurnalistin səhhətində problem yaranıb

Tanınmış jurnalist, teleqraf.az saytının baş redaktoru Nicat Dağların səhhətində problemlər yaranıb. Lent. az -ın “musavat.com” saytına istinadən məlumatına görə, bu barədə onun yaxınları məlumat verib.

 

Bir neçə gün əvvəl onda daxili və xarici qanaxmalar yaranıb, daha sonra müayinə zamanı qanının tərkibinin parçalandığı, nəticə olaraq ciyərinin, dalağının zədələndiyi, fəaliyyətlərində çatışmazlıqların olduğu aşkarlanıb.

 

Onun durumu kritik həddə çatdığı üçün yaxınları Nicat Dağları müayinə üçün Gürcüstana aparıblar və orada analizlər götürülüb. Hələlik onun dəqiq diaqnozu açıqlanmasa da həkimlər ciddi qan xəstəliyindən şübhələnirlər. İlkin müayinələr zamanı Nicatın qaraciyərində çatışmazlıqların olduğu təsdiqlənib. Həmkarımız hazırda gürcü həkimlərin təyin etdiyi müayinələrdən keçir. 


Qeyd edək ki, N. Dağların dostları, yaxınları onun müalicəsinə yardım göstərilməsi üçün ölkə rəhbərliyinə müraciət hazırlayırlar. Eyni zamanda bank hesabı açmaq və marafon təşkil etmək qərarına gəlinib. Yaxın vaxtlarda marafonla bağlı məlumat veriləcək.

# 1470
avatar

Oxşar yazılar