Tofiq Yaqublu 7 günlük azadlığa buraxılır - YENİLƏNİB
23 aprel 2015 16:45 (UTC +04:00)

Tofiq Yaqublu 7 günlük azadlığa buraxılır - YENİLƏNİB

0

Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun vaxtsız vəfatı ilə əlaqədar 7 günlüyə azadlığa buraxılacaq. Vicdan məhbusunun yaxın saatlarda azad olunacağı gözlənilir.

Bu barədə musavat.com-a vəkil Nemət Kərimli məlumat verdi: “Məsələ artıq həll olunub. Sənədləşmə işi aparılır. Bir saata kimi, Tofiq Yaqublu 7 günlüyünə azad olunacaq. Göstəriş verilib. Qızının yas mərasimində iştirak etməyə. Penitensiar Xidmətdən əlaqə saxlayıb bildirdilər ki, rəsmi qaydada icazə verilib”.

 

 

 

******

16:01

Müsavat Partiyası başqanın həbsdə olan müavini Tofiq Yaqublunun qızının dəfnində iştirak etməsinə icazə verilməsi ilə bağlı Penitensiar Xidmətə müraciət edilib. Bu barədə Lent.az-a Tofiq Yaqublunun vəkili Nemət Kərimli məlumat verib. Vəkil yaxın saatlarda müraciətlərinə cavab veriləcəyini qeyd edib. 

 

Qeyd edək ki, Müsavat partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu bu gün Rusiyanın Tomsk şəhərində vəfat edib. O, hepatit xəstəliyindən əziyyət çəkirdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar