Yasamalda yanğın: ev sahibi tüstüdən zəhərləndi
09 dekabr 2014 19:57 (UTC +04:00)

Yasamalda yanğın: ev sahibi tüstüdən zəhərləndi

0

Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evdə 1 ədəd yataq dəsti yanıb. Lent.az-ın Fövqəladə hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən zəhərlənmiş vəziyyətdə aşkar olunub. Onu yanğınsöndürənlər Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar