Xocasəndə su xətti partladı
17 avqust 2026 17:25 (UTC +04:00)

Xocasəndə su xətti partladı

0

Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisindən keçən, Kür-1 və Kür-2 magistral su xətlərini əlaqələndirən və Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən diametri 200 mm olan su xəttində qəza baş verib.

ADSEA-dan  Lent.az-a bildirilib ki, qəza nəticəsində su xəttinin üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranıb.

Yaranmış vəziyyətin operativ şəkildə aradan qaldırılması və su təchizatının etibarlılığının təmin edilməsi məqsədilə Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb olunub.

Hazırda qəzalı su xəttinin və onun üzərində yerləşən siyirtmənin yenilənməsi istiqamətində təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir. Görülən tədbirlər çərçivəsində nasazlığın mənbəyinin aradan qaldırılması, xəttin texniki dayanıqlığının bərpası və su təchizatı infrastrukturunun etibarlı istismarının təmin edilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar