Zaqatalada avtomobillə motosiklet toqquşdu: xəsarət alan var
29 iyul 2026 08:07 (UTC +04:00)

Zaqatalada avtomobillə motosiklet toqquşdu: xəsarət alan var

0

Zaqatala rayonunda minik avtomobili ilə motosikletin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi hərəkətdə olan minik avtomobili ilə motosikletin toqquşması nəticəsində baş verib.

Qəza zamanı motosikletin sürücüsü, rayonun Muğanlı kənd sakini, 70 yaşlı Yunus İsayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1298

Oxşar yazılar