Zaqatalada yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunda, "Naib bulaq" adlanan ərazidə qeydə alınıb.
"QAZ-31" markalı minik və "Ford Tranzit" markalı yük avtomobilləri toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib.
Qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.
Araşdırma aparılır.