Zaqatalada yeniyetməni avtomobil vurub.
Lent.az xəbər verir ki, hadisə Zaqatala şəhəri “Bayraq meydanı” ərazisində baş verib.
Rayonun Çökəkoba kənd sakini 14 yaşlı Qurban Uluxanov yolu keçmək istəyən zaman Nissan markalı minik avtomobili tərəfindən vurulub. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov