Zəlzələ nəticəsində dağıntı baş verib? - RƏSMİ CAVAB
07 dekabr 2023 09:35 (UTC +04:00)

Zəlzələ nəticəsində dağıntı baş verib? - RƏSMİ CAVAB

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. Zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub.

Lent.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında qeyd olunub.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6024
avatar

Arzu Qurbanlı

Oxşar yazılar