Dinozavr  ətinin dadı   necədir? - Gözlənilməz  CAVAB
24 noyabr 2025 16:59 (UTC +04:00)

Dinozavr ətinin dadı necədir? - Gözlənilməz CAVAB

0

Dinozavrlar Yer üzündən təxminən 65 milyon il əvvəl yox olsalar da, alimlər hələ də bu qədim canlılar haqqında maraqlı suallar verir. Onlardan biri də, dinozavr ətinin yeyilə biləcəyi və onun dadının necə olacağıdır.

Lent.az xarici mediaya istinadla bildirir ki, alimlərin sözlərinə görə, dinozavrlar böyük arxozavrlar qrupuna aiddir. Bu qrupa müasir quşlar və timsahlar da daxildir. Məhz buna görə də tədqiqatçılar dinozavrların görünüşünü, davranışını və hətta mümkün ət dadını anlamaq üçün bu heyvanları model kimi istifadə edirlər.

Edinburq Universitetinin professoru və “Yura dövrü dünyası” filmlərinin elmi məsləhətçisi Stiv Brusat bildirib:

“Əminəm ki, dinozavrların əti yeyilə bilən idi və növündən asılı olaraq çox dadlı da ola bilərdi. Ola bilər ki, bəzi dinozavr növləri zəhərli idi və ya ətinin dadı xoş deyildi, lakin ümumilikdə insanlar bu gün müxtəlif heyvanların ətini yeyə bilirlər. Buna görə də dinozavr ətinin də yeməyə yararlı olmayacağına inanmıram. Hətta çox güman ki, xoşumuza da gələrdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar