Ən nadir 5 it cinsi
27 noyabr 2025 14:31 (UTC +04:00)

Ən nadir 5 it cinsi

0

İt cinsləri çoxdur: o qədər müxtəlifdirlər ki, hətta ən təcrübəli itsevərlər belə bütün mövcud cinsləri sadalaya bilməz.

Lent.az bu 5 it cinsini təqdim edir:

Katalburun

Bu cinsin nümayəndələri Türkiyədən gəlir və onların əsas özəlliyi iki hissəyə ayrılmış burunlarının olmasıdır. Türk dilini bilənlər üçün bu, adından da aydın olur, çünki katalburun "çatal burunlu" deməkdir. Bu xüsusiyyət itlərə qeyri-adi görünüş bəxş edir və eyni zamanda qoxu hissini gücləndirir ki, bu da ovçu itlər üçün xüsusilə vacibdir.

Yeni Qvineya oxuyan iti

Bu cinsin adından da həm mənşə, həm də xüsusiyyətləri dərhal anlaşılır. Yeni Qvineyadan olan bu vəhşi itlər melodik ulartıları ilə məşhurdur səsləri bəzən elə "oxumağa" bənzəyir ki, insan çaşdıra bilər. Yeni Qvineya oxuyan itləri son dərəcə nadirdir və dünyanın ən primitiv it cinslərindən biri hesab olunur.

Azavak

Azavak Sahara səhrasının köçəri tayfaları tərəfindən yetişdirilmiş zərif bir tazıdır. Bu itlər saatda 64 kilometrə qədər sürət yığa bilir və isti iqlimə mükəmməl uyğunlaşıblar.

Mudi

Bu gözəl, dalğalı tüklü çoban itinin vətəni Macarıstandır. Mudi cinsini həm də yüksək intellekt və sürətli öyrənmə qabiliyyəti ilə tanıyırlar.

Kanaan iti

Kanaan iti dünyada mövcud olan ən qədim cinslərdən biridir. Bu cinsin İsraildə 4000 ildən çox əvvəl əhliləşdirildiyi düşünülür və bu itlər əla sağ qalma bacarıqlarına malikdir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar