Hansılar ən ağıllı it hesab olunur? - 4 “tüklü dahi” cins
01 dekabr 2025 10:14 (UTC +04:00)

Hansılar ən ağıllı it hesab olunur? - 4 “tüklü dahi” cins

0

Bu cinslər ev heyvanı sahibləri arasında çox məşhurdur. Xüsusən də bu siyahıya alman çoban iti də daxildir. Əgər siz it saxlamaq istəyirsinizsə və sizin üçün onun “asan öyrədilən” olması vacibdir.

Lent.az bu 4 cinsi təqdim edir:

Border-kolli
Baytarların fikrincə, border-kollilər yüksək səviyyəli universitet ağılına sahibdirlər. Amerika Kennel Klubu bu cinsi “ağıllı işkoliklər” kimi təsvir edir və qeyd edir ki, onlar çox böyük sayda sözləri və əmrləri öyrənə biləcək intellektə malikdirlər. Fondun məlumatına görə, border-kollilər hər gün işlə məşğul olanda ən xoşbəxt olurlar.
Bu cins digər itlərdən “son dərəcə yüksək instinktiv və adaptiv zəka” ilə seçilir. Onlar it cinsləri arasında ən yüksək IQ göstəricilərindən birinə malikdir.
“Orta hesabla, itlərə yeni əmri başa düşmək üçün 25-50 cəhd lazımdır və ilk cəhdin uğur faizi təxminən 50 faizdir. Lakin border-kollilər yeni əmri beş cəhddən az müddətdə öyrənə bilir və ilk cəhddə 95 faiz uğur göstəricisinə malikdir”, - deyə materialda qeyd olunur.
Pudel
Mütəxəssislər deyirlər ki, pudellər çox ağıllı və heyrətamiz dərəcədə çevik itlərdir.
“YouTube kanalı The Smart Canine” bildirir: “Bu ağıllı itlər tapşırıqları yerinə yetirmək üçün ən effektiv yolu tapmaq qabiliyyətinə malikdirlər… Onlar kobud gücə və ya sonsuz təkrarlara güvənmək əvəzinə iti zəkalarından istifadə edərək problemləri həll edir və çətinliklərin öhdəsindən asanlıqla gəlirlər”.

Bəzən pudellərə “tüklü mühəndislik dahisi” də deyilir.
The Smart Canine əlavə edir: “Onların səmərəlilik arzusu həmçinin təlimə və yeni əmrlərin öyrənilməsinə də aiddir. Pudellər yeni bacarıqları tez mənimsəyir və çox vaxt digər itlərin diqqət etmədiyi qısa yolları tapırlar”.
Belçika çoban iti
2022-ci ildə Nature jurnalında dərc olunan tədqiqat göstərib ki, belçika çoban iti (Malinua daxil olmaqla) “insan jestlərini anlamaqda” araşdırmada iştirak edən 12 digər cinslə müqayisədə ən uğurlu cins olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar