İtiniz sizə görə yatmır: emosiyalar heyvanlara necə təsir edir?
20 oktyabr 2025 09:44 (UTC +04:00)

İtiniz sizə görə yatmır: emosiyalar heyvanlara necə təsir edir?

0

Yeni araşdırma itlə sahibi arasındakı emosional bağın dərinliyini üzə çıxarıb. Məlum olub ki, sizin mübahisələriniz və ya diqqətsizliyiniz sevimli ev heyvanınızda əsl yuxusuzluğa səbəb ola bilər.

Lent.az itlərlə bağlı maraqlı faktları təqdime edir:

İtlər sonsuz pozitivlik və sədaqət mənbəyidir, lakin işıqlar sönəndə onların beynində nə baş verdiyini heç düşünmüsünüzmü? Macarıstan alimlərinin yeni araşdırması heyrətamiz nəticələr ortaya qoyub: sevimli itiniz gecələr sizin davranışlarınız, mübahisələriniz və hətta diqqətsizliyiniz barədə düşünərək oyaq qala bilər. Macarıstan Elmlər Akademiyasının tədqiqatçıları müəyyən ediblər ki, itlərdə insanlarınkına bənzər sürətli yuxu fazaları və emosional yaddaş mövcuddur. Bu, onların sadəcə anı yaşamayıb, həm də stresli və ya əksinə, xoş hadisələri yadda saxlayaraq analiz etdiklərini göstərir. Belə emosional xatirələr gecələr “onlara qayıdır”.

Sahib ilə mübahisə itin yuxusunu necə pozur

Ən maraqlı nəticələrdən biri odur ki, itin yuxusuna sahibinin davranışı birbaşa təsir göstərir. Araşdırma göstərib ki, it danlananda, görməzlikdən gəlinəndə və ya evdə mübahisənin şahidi olanda, bu, onun yuxu ritmini pozur. Mexanizm insanlardakı kimidir: heyvanın beyni stress hormonu olan kortizol ifraz edir və bu da yuxu pozğunluğuna gətirib çıxarır. Sadə dillə desək, sevimli itin “başında” gün ərzində baş verən xoşagəlməz hadisələri yenidən canlandırır və sakitləşib yata bilmir. Alimlərin nəticələri insanla heyvan arasındakı emosional bağın nə qədər dərin olduğunu sübut edir. Tədqiqatda qeyd olunur: “Sizin itin sizi sadəcə sevmir o, siz haqda düşünür, hətta siz uzaqda olanda belə".

Bu kəşf sosial şəbəkələrdə geniş rezonans doğurub: bəzi it sahibləri duyğulandıqlarını yazıblar, digərləri isə zarafatla “işdən çıxıb bütün vaxtlarını itləri ilə keçirmək” istədiklərini bildiriblər. Baytarların sözlərinə görə, itlər tez-tez sahiblərinin paltarının üzərində uzanırlar, çünki tanış qoxu onları sakitləşdirir və təhlükəsizlik hissi yaradır. Güclü qoxu hissinə sahib olduqları üçün onlar narahat olanda sahibinin qoxusunu tapmağa çalışırlar. Eyni zamanda, mütəxəssislər xəbərdarlıq edirlər ki, itlər sahibinin geyimindəki stress qoxusunu da hiss edə bilirlər və bu, onlara da gərginlik ötürə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar