Pişik 1250 avroluq cəriməyə  səbəb oldu
13 noyabr 2025 09:59 (UTC +04:00)

Pişik 1250 avroluq cəriməyə səbəb oldu

0

Məhkəmə qərarına görə, pişiyin hərəkətlərinə görə sahibi məsuliyyət daşıyır. Fransanın Ero bölgəsində yaşayan Dominik adlı qadın, Remi adlı kürən pişiyinin “davranışlarına” görə 1250 avro cərimə olunub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Dominikin qonşusu məhkəməyə şikayət edərək bildirib ki, Remi mütəmadi olaraq onun həyətinə girir, divarda pəncə izləri, örtükdə sidik ləkələri və bağda nəcis buraxır. Məhkəmə bu şikayəti əsaslı sayaraq qadını cərimələyib və xəbərdarlıq edib ki, əgər pişik yenidən qonşunun sahəsinə keçərsə, cəza daha da sərtləşəcək.
“Cərimə barədə bildiriş aldığımda sanki başımdan vuruldum,” deyə Dominik etiraf edib.
O, pişiyin günahkar olduğunu sübut etməyin çətin olduğunu bildirir, çünki həmin ərazidə başqa pişiklər, o cümlədən sahibsizlər də gəzirlər. Lakin məhkəmə bu arqumenti qənaətbəxş saymayıb. Hadisə hələ də yekunlaşmayıb Dominik yenidən məhkəməyə çağırılıb, çünki Reminin, görünür, bir daha qonşunun hasarını keçdiyi iddia edilir. Əgər bu fakt təsdiqlənsə, qadın 2000 avroya qədər əlavə cərimə və pişiyin hər dəfə qonşu ərazisində göründüyü gün üçün 150 avro ödəməli olacaq.

Pişiklərin qəribə, amma məntiqli davranışları
Pişiklərin davranışı çox vaxt müəmmalı görünsə də, onların hər hərəkətinin öz səbəbi var. Alimlər hələ bütün sirrləri açmasalar da, artıq bir sıra səbəbləri müəyyənləşdiriblər. Bunlar rahatlıq axtarışı, stress siqnalları və ya diqqət tələbi ilə bağlıdır.

Pişiklərin davranış səbəbləri:
Diqqət axtarışı: Pişik noutbukun üzərinə uzanır və ya masaya tullanırsa, sadəcə sizin diqqətinizi istəyir – bu onun “mənim üçün vaxt ayır” demək üsuludur.
Çağırışlara reaksiya verməmək: Bu, pişiyin sizi tanımadığı anlamına gəlmir. Sadəcə o, öz qaydalarına görə davranır və yalnız istədiyi vaxt gəlir.
“Yoğurma” hərəkəti: Pişiyin pəncələri ilə örtüyü və ya dizinizi yoğurması onun balalıq vərdişidir – bu, rahatlıq və etibar göstəricisidir.
Qoxulama: Pişik qoxular vasitəsilə dünyanı tanıyır. Sahibinin qoxusunu yoxlayaraq “hər şey qaydasındadır” siqnalı alır.
Qeyri-yeməli əşyaları dişləmək: Plastik və s. kimi predmetləri dişləmək “pika” adlanır və baytar məsləhəti tələb edir.
Diş çaxmaq: Qəfəs arxasındakı quşları izləyərkən diş çaxmaq – əldə olunmayan ov qarşısında yaranan məyusluq və ya ov instinktinin aktivləşməsidir.
Qarnını göstərmək: Pişiyin qarnını göstərməsi tam etibar və təhlükəsizlik hissidir.
Belüstə yatmaq: Rahatlıq və oyun dəvətidir.
Gecə miyavlaması: Pişiklərin gecə aktivliyi təbiidir; çox vaxt bu, darıxmaq və ya “ovu” simulyasiya etməkdir. Gündüz oyunlar bu problemi azaldır.
Qutulara və gizli yerlərə maraq: Bu, instinktiv təhlükəsizlik axtarışıdır.
Qısa “çılğın” qaçışlar: Artıq enerjini atmaq üsuludur; tez-tez təkrarlanırsa, daha çox oyun və hərəkət tələb olunur.
“Hədiyyələr” gətirmək: Ölü siçan və ya quş gətirmə sahibinə qayğı və minnətdarlıq jestidir.
Tuvalet vərdişlərinin dəyişməsi: Əgər pişik nəcisini artıq basdırmırsa, bu, stress və ya xəstəlik əlaməti ola bilər.
Qulaqların vəziyyəti: İrəli sakitlik, titrəmə həyəcan, arxaya yatmaq qorxu və ya aqressiya göstəricisidir.
Pişiklərin bu davranışlarını başa düşmək, sahiblə heyvan arasında daha möhkəm emosional bağ qurmağa kömək edir. Hər qəribə hərəkətin arxasında ya hisslər, ya instinkt, ya da rahatlıq axtarışı dayanır.
 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar