Pişiklər aləmində yeni eksklüziv rəng ortaya çıxdı
08 dekabr 2025 12:47 (UTC +04:00)

Pişiklər aləmində yeni eksklüziv rəng ortaya çıxdı

0

Alimlər müəyyən ediblər ki, qeyri-adi yun rəngi DNT-nin kiçik bir fraqmentinin olmaması ilə bağlıdır.

“Duz və istiot” rəngi: alimlər pişiklərin unikallı rənginə cavabdeh olan DNT sahəsini aşkarlayıblar.

Lent.az bu rənglə bağlı məlumatları təqdim edir:

Felinoloqlar rəsmi olaraq pişiklərdə yeni Salmiak (“duzlu likoris”) rəngini tanıyıblar. Bu, qara, ağ və boz rəngin elə birləşməsidir ki, “duz və istiot” effekti yaradır. Genetika mütəxəssisləri müəyyən ediblər ki, Salmiak rəngi KIT geninin altında yerləşən DNT ardıcıllığının böyük bir hissəsinin olmaması ilə əlaqədardır. Salmiak rənginə cavabdeh mutasiya resessivdir. Bu da belə pişiklərin nadir olmasını izah edir və seleksiya işləri üçün bu kəşfin əhəmiyyətini vurğulayır. Biz pişiklərin klassik rənglərinə öyrəşmişik: mistik qara gözəllərdən və xaotik narıncı şıltaqlardan tutmuş, zərif “smokin”lərə və daha incə, məsələn, sil-poynt və ya tükcülü (ticked tabby) rənglərə qədər. Lakin felinologiya (pişiklər haqqında elm) dünyası indi rəsmi olaraq yeni, unikal bir rənglə zənginləşib Salmiak (və ya “duzlu likoris”).

Bu rəng qara, ağ və boz çalarların heyrətamiz birləşməsidir və məşhur fin şirniyyatlarının şərəfinə adlandırılıb. Salmiakın unikallığı tükün quruluşundadır: tük kökdən qara başlayır, uca doğru isə tədricən açılır və “duz və istiot” effekti yaradır. Pişikləri yalnız evdə saxlamaq onların psixi sağlamlığına zərər verə bilər. Bu qeyri-adi rəng ilk dəfə hələ 2007-ci ildə müşahidə edilib, lakin yalnız 2019-cu ildə genetik Heidi Andersonun rəhbərlik etdiyi felinoloqlar qrupunun ciddi diqqətini cəlb edib. Genetik xüsusiyyətlərin sirrini açmaq, adətən, ən aydın ehtimallardan başlayır. Tədqiqatçılar əvvəlcə bunun “ağ rəngə cavabdeh zəiflədici genin” yeni bir təzahürü olduğunu düşünüblər. Axı texniki baxımdan bütün pişiklərdə cəmi iki əsas piqment var qara və narıncı, digər bütün rənglər isə onların kombinasiyaları, zəiflədilmiş formaları və ya hər ikisinin qarışığıdır. Belə ki, mütəxəssislər güman edirdilər: klassik qara pişiyə bir qədər çox ağ əlavə edin  və “duzlu likoris” effekti alınacaq. Lakin piqment geninin ifadəsini (ekspressiyasını) tənzimləyən bütün məlum genetik variasiyaların diqqətlə təhlili cavab vermədi. Komanda növbəti, daha radikal addıma keçməyə məcbur oldu: bir neçə Salmiak pişiyinin tam genomunun sekvensləşdirilməsi. Məlum oldu ki, bu sirrin cavabı məhz genetik “çatda” gizlənib. Doktor Anderson izah edib ki, KIT geninin altında yerləşən “ardıcıllığın nəhəng bir hissəsi” yox idi. KIT geni heyvanların yünündə ağ naxışa cavabdeh olması ilə tanınır. Beləliklə, Salmiak pişiklərində sadəcə olaraq bu genə çox yaxın yerdə bulunan kiçik bir DNT fraqmenti çatmır. Kəşfi təsdiqləmək üçün genetiklər ümumilikdə 181 pişiyi testdən keçiriblər. Nəticələr təsdiqləyib ki, məhz çatışmayan bu ardıcıllıq Salmiak rənginə cavabdehdir. Eyni zamanda mutasiya resessiv çıxıb, bu da onun nadirliyini izah edir: pişik bu rəngi yalnız hər iki valideyndən bu genetik kodu miras alarsa, daşıya bilər. Bu kəşfin əhəmiyyəti sadəcə maraq doğurmaqla məhdudlaşmır. Doktor Andersonun sözlərinə görə, bu genetik tapmaca­nın həlli pişiklərin tük rəngi genetikası ilə bağlı anlayışımızı zənginləşdirir və seleksiya işləri üçün dəyərli ola bilər, bu xüsusiyyətin qorunmasına töhfə vermək potensialına malikdir. Sirr açıldıqdan sonra isə bütün dünya bu füsunkar pişik nümayəndələrinə tam şəkildə heyran ola, onları daha uzun illər görməyi ümid edə bilər. Hətta özünüzü ideal sahibi hesab edir, sevimli pişiyinizin ehtiyaclarını mükəmməl başa düşdüyünüzü və ona ən yaxşı şəraiti yaratdığınızı düşünsəniz də, təəssüf ki, gec-tez çox güman ki, siz yenə də onun məyusluğuna və ya stresinə səbəb olacaqsınız. Bu, birgə yaşayışın qaçılmaz hissəsidir. 

Animal Genetics

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar