Güman edilir ki, kəskin soyuqdan əvvəl pişiklər burnunu pəncəsi ilə örtərək yatır. Pişiklərin havanı proqnozlaşdırmaq qabiliyyəti barədə bir neçə məşhur fikir var. Məsələn, Ukraynada belə bir inanc mövcuddur: əgər pişik yumrulanaraq yatır və burnunu pəncəsi ilə örtürsə guya bu, soyuqların yaxınlaşmasına işarədir.
Lent.az pişiklərlə bağlı maraqlı faktları təqdim edir:
Pişiklərin incə hiss etmə qabiliyyəti
İlk nəzərə alınmalı məqam pişiklərin xarici qıcıqlara qarşı yüksək həssaslığıdır. Məsələn, pişiklərin qulaqları insan qulaqlarına nisbətən səsləri daha yaxşı qəbul edir. Buna görə də pişik yaxınlaşan fırtınanı sahibindən daha tez eşidə bilər.
Pişiklərin qulaqları həmçinin təzyiq dəyişikliklərini də hiss edə bilir. İnsan qulaqları da bunu hiss edir, amma o qədər də aydın şəkildə deyil.
Pişiklərin burnu da insan burnundan qat-qat həssasdır. Yağışın spesifik qoxusu var torpaqda müəyyən kimyəvi reaksiyalar nəticəsində yaranır. Əgər söhbət ildırımdan gedirsə, o zaman havada ozon qoxusu da hiss olunur. Buna görə də pişik yaxınlaşan yağışın zəif qoxusunu insandan daha tez hiss edə bilər.
Pişiyin başqa “sensoru” onun tük örtüyü
Pişiyin tükü havadakı rütubətə qarşı həssasdır. Ümumiyyətlə, pişiklər temperatur dəyişikliyinə çox həssasdır. Bütün bunları nəzərə alaraq, aydındır ki, pişiklər havanın dəyişməsini insanlardan daha tez hiss edə bilərlər.
Alimlərin 2025-ci il araşdırması nə göstərdi?
2025-ci il araşdırması müəyyən davranış nümunələrinin olduğunu göstərir. Tədqiqatçılar yüksək temperatur, rütubət və güclü külək zamanı pişiklərin daha çox uzandığını və daha çox yemək yediyini müəyyən ediblər. Belə havada pişiklər həmçinin öz tükünü yalayıb təmizləməyə daha az meyilli olublar.