Quşlara baxmaq böyük xərc tələb edir? – İt-pişikdən ucuzdur
04 noyabr 2024 12:13 (UTC +04:00)

Quşlara baxmaq böyük xərc tələb edir? – İt-pişikdən ucuzdur

Quşlar mükəmməl ev heyvanları hesab edilir. Baxmayaraq ki, bir çox insanlar pişik, ya da it almağı üstün hesab edirlər. Bir çox insan quşların ətrafı çirkləndirdiyini düşündükləri üçün quş bəsləməyi istəməzlər. Əksinə quşlar pis deyil və çox da əyləncəlidirlər. 

Lent.az xarici KİV-ə əsasən bu gün sizə quşların baxımından danışacaq. 

Baxımı ucuzdur

İt və pişiklərin əksinə quşlar az miqdarda su və yemlə uzun müddət idarə edə bilərlər. Üstəlik meyvə və tərəvəz ilə də quşlarınızı bəsləyə bilərsiniz. Amma diqqətli olun. Soğan, şokolad və göbələk onların sağlamlıqlarını təhlükəyə atırlar .Ayrıca quşunuz üçün edəcəyiniz ən böyük xərc qəfəsini almaq olacaq. Çünki quşlar pişik və itlərdən fərqli olaraq, davamlı baytara gedib peyvənd olma ehtiyacı hiss etmirlər.

Qidalanması

Ölkəmizdə quşlar üçün müəyyən bir neçə yem növü var ki, onları heyvan dükanlarından əldə edə bilərsiniz. Bunlarla yanaşı quşunuzun bəslənməsində təzə meyvələrin də faydası olacaq. Lakin bu ,evdə tapdığınız hər şeyi quşlarınıza verin demək deyildir. Unutmayın ki, quşlar nəzakətli canlılardırlar. Quşunuza yemi xaricində bir qida vermədən əvvəl internetdən də araşdırma edə bilərsiniz.

Bişmiş qida yoxsa çiy?

Bir çox mütəxəssis quşlarınızı çiy qidalarla bəsləmənizi tövsiyə edir . Çünki bişirmək bir çox vitaminin itməsinə səbəb olar .
Lakin siz quşunuza bişmiş qida vermək istəyirsinizsə teflon ( yapışmaz ) tavalardan uzaq dayanmalısınız çünki ,onların içlərində olan maddələr quşlar üçün zəhərlidir. Bunun yerinə paslanmayan poladdan hazırlanmış tava və qazanları istifadə edin. Quşunuza bişirə biləcəyiniz faydalı qidalar bunlardır;
Yulaf ,arpa ,qara düyü , toxumlar , noxud , mərci
Digər tərəfdən , çiy meyvə və tərəvəzlər də quşlarınız üçün çox qiymətli qidalardandır. Lakin bunları quşunuza yavaş - yavaş verməyə başlamalısınız. Beləliklə ,quşunuz yeni bəslənmə şəklinə alışacaq zamana sahib olar.

Ağıllıdırlar

Heyvanlar aləminin ən ağıllı heyvanlarından biri olan quş insan hərəkətlərini təqlid edər və danışa bilər.

Baxımı əziyyətsizdir

Pişik və itlərin əksinə olaraq ,quşları gəzdirməyə ehtiyac yoxdur. Kiçik evlərdə asanca baxıla bilər. Quş bəsləmək üçün evinizin geniş olmasına ehtiyac yoxdur. Üstəlik quşlar ən sevdiyiniz ayaqqabılarınızı yeməzlər və geniş bir sahəyə ehtiyac olmaz. Ev sahibləri quşları ev heyvanı olaraq düşünmədikləri üçün hər evdə rahatca bəsləyə bilərsiniz.

Sosialdırlar

Quşlar son dərəcə ictimai heyvanlardır və sahiblərinə pişik və itlərdən belə daha çox bağlanırlar. Ev heyvanı bəsləmək istəyirsiniz ,amma buna cəsarət edə bilmirsinizsə ,əziyyəti olmayan quş bəsləyə bilərsiniz
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Cavidan HUN

Oxşar yazılar

Heyvanların özlərinə xas dilləri varmı? - ARAŞDIRMA

Heyvanların özlərinə xas dilləri varmı? - ARAŞDIRMA

3 dekabr 2024 , 10:14
Evdə saxlamaq üçün ən ideal 3 pişik cinsi

Evdə saxlamaq üçün ən ideal 3 pişik cinsi

2 dekabr 2024 , 09:35
Alman çoban itlərinin hücumunun  qarşısını necə almaq olar?

Alman çoban itlərinin hücumunun qarşısını necə almaq olar?

29 noyabr 2024 , 11:32
İtlərdən belə daha sadiq olan 5 pişik

İtlərdən belə daha sadiq olan 5 pişik

28 noyabr 2024 , 10:27
Haski itlərinin  qulluğu

Haski itlərinin qulluğu

27 noyabr 2024 , 10:27
Pişiklər və sahibləri arasında bilinməyən Faktlar

Pişiklər və sahibləri arasında bilinməyən Faktlar

26 noyabr 2024 , 10:40
Pişiklər və itlər dost ola bilərmi?

Pişiklər və itlər dost ola bilərmi?

26 noyabr 2024 , 09:48
Dovşanlara düzgün qulluq  etməyin yolları

Dovşanlara düzgün qulluq etməyin yolları

25 noyabr 2024 , 09:42