“İnter” “Birlik Kuboku”nun ¼ finalında
16 yanvar 2011 23:19 (UTC +04:00)

“İnter” “Birlik Kuboku”nun ¼ finalında

0
Lent.az-ın məlumatına görə, yanvarın 16-da keçirilmiş ikinci turda “İnter” Tacikistanın "İstiklol" komandasını da darmadağın edib – 3:0.

Hesabı 44-cü dəqiqədə Bronislav Çervenka açıb. 63-cü dəqiqədə Girt Karlson fərqi artırıb. Oyunda son nöqtəni isə 80-ci dəqiqədə Şəhriyar Rəhimov qoyub.

Komandamız ilk turda Qırğızıstanın “Neftçi” komandasını da eyni hesabla darmadağın edib. Bu səbəbdən, xallarını 6-ya çatdıran “İnter” “İskra-Stal” (Moldova) ilə keçirəcəyi qrupun son tur matçının nəticəsindən asılı olmayaraq, adını növbəti mərhələyə yazdırıb. Turun digər oyununda “İskra-Stal” “Neftçi”ni 1:0 hesabı ilə yenərək, xallarını 4-ə çatdırıb. Beləliklə, “İnter” son turda "İskra-Stal"la keçirəcəyi matçda qrup liderliyini qorumağa çalışacaq. Bunun üçün isə məğlub olmamaq kifayət edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 719

Oxşar yazılar