Premyer Liqada yeni klub
25 yanvar 2011 13:32 (UTC +04:00)

Premyer Liqada yeni klub

0
Lent.az-ın məlumatına görə, bu klub maliyyə çətinlikləri ilə əlaqədar yüksək liqanı tərk etmiş “Saturn”u əvəzləyib.

Ötən mövsüm “Krasnodar” I divizionda 5-ci yeri tutub. Qaydalara əsasən, “Saturn”u I divizionu 3-cü pillədə başa vurmuş “Nijni Novqorod” və 4-cü yerin sahibi KAMAZ əvəzləyə bilərdi. Lakin onlar Premyer Liqada oynamaq istəyində olmadıqlarını bildiriblər. Bu səbəbdən, “Krasnodar”ın 16 elitar komanda arasında yer alması mümkün olub.

Qeyd edək ki, bir müddət öncə “Amkar” klubu da maliyyə problemləri ilə əlaqədar Premyer Liqadan çıxmaq istədiyi barədə ərizə verib. Lakin sonradan rəhbərlik ərizəsini geri götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 703

Oxşar yazılar