Avropa çempionatına ən çox oyunçu göndərən  klublar
12 iyun 2024 18:29 (UTC +04:00)

Avropa çempionatına ən çox oyunçu göndərən klublar

Avropa çempionatına ən çox futbolçu göndərən klubların adı açıqlanıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 1-2-ci yerləri “Mançester Siti” və “İnter” tutub.

“Mançester Siti”dən çağırılanlar: Fil Foden, Con Stounz, Kayl Uoker (hamısı İngiltərə), Ruben Dias, Bernardo Silva, Mateus Nunes (hamısı Portuqaliya), Kevin De Bruyne, Jeremi Doku (hər ikisi Belçika), Yoşko Qvardiol, Mateo Kovaçiç (hər iki Xorvatiya), Rodri (İspaniya), Manuel Akanci (İsveçrə), Natan Ake (Hollandiya) 

Milanın “İnter” klubundan çağırılanlar: Nikolo Barella, Alessandro Bastoni, Federiko Dimarko, Davide Frattezi, Matteo Darmian (hamısı İtaliyadan), Benjamen Pavar, Markus Tyuram (hər ikisi Fransa), Hakan Çalhanoğlu (Türkiyə), Denzel Dumfris, Stefan de Vrey (hər ikisi Hollandiya), Kristyan Aslani (Albaniya), Yan Zommer (İsveçrə), Marko Arnautoviç (Avstriya).

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1767
avatar

Oxşar yazılar