“Barselona”nın bütün heyəti yürüşə çıxır
11 may 2026 17:45 (UTC +04:00)

“Barselona”nın bütün heyəti yürüşə çıxır

0

“Barselona” bu gün çempionluq paradı keçirəcək. Kataloniya klubu yürüşə İspaniya vaxtı ilə saat 17:00-da başlayacaq.

Lent.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib:

“Barselonanın əsas kişi komandası 11 may saat 17:00-da azarkeşlərlə birlikdə çempionluq və İspaniya Superkubokunun qələbəsini qeyd etmək üçün Barselona küçələrinə çıxacaq. Çempionların paradı şəhərin bir neçə simvolik məkanından keçəcək və hər kəs üçün açıq olacaq böyük bayram tədbirinə çevriləcək”.

Açıqlamada qeyd olunub ki, futbolçular, məşqçilər heyəti və azarkeşlər yalnız qazanılmış titulları deyil, həm də komandanın “Camp Nou” stadionuna qayıdışını qeyd edəcəklər. Klubun fikrincə, bu dönüş mövsümün ən vacib hadisələrindən biri olub.

“Stadion yenidən birlik, emosiyalar və kollektiv qürurun simvoluna çevrilərək “Barselona” ilə azarkeşlər arasındakı əlaqəni daha da gücləndirib,” — deyə açıqlamada vurğulanıb.

Klub əlavə edib ki, parad həm də komanda ilə azarkeşlər arasında ehtiras, sədaqət və ortaq mənsubiyyət hissi üzərində qurulan xüsusi münasibətə hörmət əlaməti kimi təşkil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 988

Oxşar yazılar