"Barselona"nın sabiq yarımmüdafiəçisi zorlamada  ittiham olunur
05 noyabr 2024 10:01 (UTC +04:00)

"Barselona"nın sabiq yarımmüdafiəçisi zorlamada ittiham olunur

İspaniyanın "Barselona"sının və İtaliyanın "Yuventus" klubunun sabiq yarımmüdafiəçisi, hazırda Çilinin "Kolo-Kolo" klubunda çıxış edən Arturo Vidal cinsi təcavüzdə ittiham olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisənin Vitakura şəhərindəki barda baş verdiyi iddia edilir. Qeyd olunur ki, zərərçəkmiş narkotik sərxoşluğu vəziyyətində olub, bundan sonra cinsi zorakılığa məruz qalıb. İşdə bir neçə “Kolo-Kolo” idmançısı iştirak edir.

Qeyd olunur ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Vidalın özü də şəxsiyyəti təsdiqləmək üçün artıq polis bölməsinə aparılıb.

Vidal 2024-cü ildən "Kolo-Kolo"da çıxış edir. “Yuventus”un tərkibində futbolçu dördqat İtaliya çempionu olub. Yarımmüdafiəçi "Barselona" ilə birlikdə İspaniya çempionatının və ölkə Superkubokunun qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1182
avatar

Oxşar yazılar