“Beşiktaş” “Galatasaray”ı məğlub etdi
29 mart 2025 23:36 (UTC +04:00)

“Beşiktaş” “Galatasaray”ı məğlub etdi

Türkiyə Super Liqasında XXIX turun oyunları davam edir.

Lent.az xəbər verir ki, günün mərkəzi matçında "Beşiktaş" öz meydanında "Qalatasaray"ı qəbul edib.

Gərgin keçən qarşılaşmanın ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. İkinci hissəyə yaxşı başlayan "qara qartallar" Gedson Fernandesin 66-cı dəqiqədə vurduğu qolla 10 nəfərlə qalan "cimbom"u məğlub etməyi bacarıb.

Oyunun əsas vaxtına artırılmış dəqiqələrində "Beşiktaş"ın heyətində Semih Kılıçsoy birdəfəlik qırmızı vərəqə ilə cəzalandırılaraq, meydandan qovulub.

Türkiyə Super Liqası
XXIX tur

21:30. “Beşiktaş” - “Qalatasaray” - 2:1
Qollar: R. Silva, 23, G. Fernandes, 66, L. Toreyra, 45

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1721

Oxşar yazılar