Türkiyə Super Liqasında XVIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son günündə üç qarşılaşma baş tutub.
“Konyaspor” doğma meydanda “Eyüpspor”u qəbul edib. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.
“Beşiktaş” isə azarkeşləri qarşısında “Kayserispor”la üz-üzə gəlib. El Bilal Turenin 90+5-ci dəqiqədə vurduğu qol “qara qartallar”a minimalhesablı qələbə qazandırıb - 1:0.
Günün son matçında “Göztəpə” öz meydanında “Rizəspor”u sınağa çəkib. Dörd qolun qeydə alındığı qarşılaşmada İzmir təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.