Bloqqer əri ilə birgə futbol klubu alır - 6 milyona
29 mart 2025 17:22 (UTC +04:00)

Bloqqer əri ilə birgə futbol klubu alır - 6 milyona

Reper və bloqqer Daria Zoteyeva əri, prodüser Oleq Eropkin (Moneyken) ilə birlikdə futbol klubu almağa hazırlaşır.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Zoteyeva ərinin uşaqlıqdan futbolu sevdiyi üçün klub almağa qərar verib. Şərtlərə əsasən bloqqer və Moneyken müəssisənin transfer siyasətini idarə edəcəklər. Onlar hansı futbolçunu komandadan uzaqlaşdırıb, hansını almağa qərar verəcəklər.

Futbol klubu 300 milyon rubl (təxminən 6 milyon 241 min manat) dəyərində qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1508

Oxşar yazılar