Braziliyalı futbol əfsanəsi Ronaldo və Messi arasında seçim etdi
17 iyun 2025 19:33 (UTC +04:00)

Braziliyalı futbol əfsanəsi Ronaldo və Messi arasında seçim etdi

Uzun illərdir futbol mütəxəssisləri və azarkeşlər əsas sualı - zəmanəmizin ən yaxşı oyunçusunun kim olduğunu soruşur, məşhur insanların fikirləri öyrənilir. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Braziliya millisinin keçmiş kapitanı Kaka da bu müzakirə ilə bağlı fikirlərini bildirib. 

Məşhur yarımmüdafiəçi bütün zamanların ən yaxşı futbolçusu uğrunda mübarizədə Kriştianu Ronaldo ilə Lionel Messi arasındakı qarşıdurmada favoritinin adını çəkib.

"Dünya kubokunu qazanmaq heç nəyi dəyişmir. Mən bütün titulları qazanmışam, amma tarixin ən yaxşısı deyiləm. Messi dahidir, lakin tarixin ən yaxşısı və ən mükəmməli Kriştiano Ronaldodur", - Kaka söyləyib.

Hər iki ulduz futbolçunun kuboklarını müqayisə etsək, 40 yaşlı portuqaliyalı Ronaldo Avropa çempionu olmaqla yanaşı, həm də iki dəfə UEFA Millətlər Liqasının qalibi olub.

37 yaşlı argentinalı Messi 2022-ci il dünya çempionatının qalibidir, iki dəfə Amerika kubokunun qalibi olub, həmçinin olimpiya çempionu adına layiq görülüb.

Onların klub səviyyəsində də bir çox titulları var. Messinin səkkiz, Ronaldonun isə beş “Qızıl top”u var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar