DÇ-2026:  Argentina finalda!
16 iyul 2026 01:38 (UTC +04:00)

DÇ-2026: Argentina finalda!

0

2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Lent.az xəbər verir ki, finalın ikinci iştirakçısı İngiltərə və Argentina yığmaları arasındakı matçdan sonra müəyyənləşib.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Matçın ilk hissəsində hesab açılmayıb: 0:0.

İkinci hissədə İngiltərə hesabı açıb. 55-ci dəqiqədə Antoni Qordon fərqlənib: 1:0.

85-ci dəqiqədə hesab bərabərləşib. Argentinanın heyətində Enzo Fernandez dəqiq oynayıb: 1:1.

Oyunun 92-ci dəqiqəsində Argentina millisi geridönüş edərək hesabda önə keçib. 90+2-ci dəqiqədə Lautaro Martinez fərqlənib: 2:1.

Matç bu hesabla başa çatıb və cənubi amerikalılar finala yüksəlib.

Argentina finalda İspaniya millisi ilə üz-üzə gələcək.

İngiltərə isə Fransa ilə üçüncü yer uğrunda matçda qüvvəsini sınayacaq.

DÇ-2026
Yarımfinal

23:00. İngiltərə – Argentina 1:2

Qol: A. Qordon, 55, E. Fernandez, 85, L. Martinez, 90+2

İngiltərə: Pickford, R. Ceyms, Stounz, Gexi, Spens, Rays, Elliot Anderson, Rocers, Bellinqem, Entoni Qordon, Harri Keyn.

Argentina: Emiliano Martines, Naul Taqliafiko, Lisandro Martines, Kristian Romero, Nahuel Molina, Enso Fernandes, Aleksis Mak Allister, Leandro Paredes, Covanni Simeone, Xulian Alvares, Lionel Messi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar