Alisa Şmidt
26 avqust 2021 20:20 (UTC +04:00)

Alisa Şmidt

Dünyanın ən seksual idmançısı karyerasını dayandırdı - SƏBƏB

2017 -ci ildə dünyanın ən seksual idmançısı olaraq tanınan alman idmançı Alisa Şmidt karyerasını dayandırmaq qərarına gəlib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə özü “Instagram” səhifəsində yazıb. 

“2021 mövsümü başa çatdı. Yalan danışmaram, builki çıxışımdan razı deyiləm. Koronavirusa yolxduğum üçün çətin bir il idi. Amma nə edə biləcəyimi bilirəm, daha çoxunu arzulayıram.

İndi bir ara verəcəyəm və təzələndiyimi və yenidən məşq etməyə hazır olduğumu hiss edəndə geri dönməyi səbirsizliklə gözləyəcəyəm”, - Şmidt vurğulayıb. 

Şmidt 2020-ci il Olimpiadasında Aımaniya komandasının heyətinə əvəzedici olaraq qatılıb, ancaq qarışıq və qadın estafetində yarışa çıxmayıb. .

İdmançının hesabında 20 yaşa qədər olan Almaniya millisinin heyətində 2017-ci il Avropa çempionatında gümüç medal var. Şmidt iki il sonra Avropa çempionatında bürünc medal qazanıb. 

# 2802
avatar

Oxşar yazılar