“Əl-Nəsr”in baş məşqçisi istefa verdi
29 may 2026 10:08 (UTC +04:00)

“Əl-Nəsr”in baş məşqçisi istefa verdi

0

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı baş məşqçisi Jorje Jezuş öz istəyi ilə vəzifəsindən ayrılıb.

Lent.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

“Necə bir macəra. Necə bir səhifə. Təşəkkür edirik, mister”, — klubun paylaşımında bildirilib.

34-cü turun son oyununda “Əl-Nəsr” öz meydanında “Damac” üzərində 4:1 hesablı qələbə qazanaraq 86 xal toplayıb və mövsümü birinci pillədə başa vurub. Mövsümün axırıncı oyunundan sonra Jorje Jezuş bildirib ki, Ronaldoya verdiyi çempionluq vədini yerinə yetirib və komandadan ayrılır.

Jorje Jezuş 2025-ci ilin iyulunda “Əl-Nəsr”in baş məşqçisi təyin olunub. O, 2023-cü ilin yayından çalışdırdığı digər Səudiyyə klubu “Əl-Hilal”dan istefaya göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar