Emin Mahmudov qolların sayında  Qurban Qurbanova çatdı
11 iyun 2024 19:27 (UTC +04:00)

Emin Mahmudov qolların sayında Qurban Qurbanova çatdı

0

Azərbaycan millisinin kapitanı Emin Mahmudov Qurban Qurbanovun 20 illik rekordunu yeniləyib.

Apasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi buna Qazaxıstanla yoldaşlıq matçında nail olub. O, 50-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Nəticədə Emin millidə vurduğu qolların sayını 14-ə çatdırıb. Bununla da o, Qurban Qurbanovun 20 illik rekordunu təkrarlayıb.

Qeyd edək ki, Q.Qurbanov 1992-2005-ci illərdə Azərbaycan millisinin formasını geyinib. Emin isə 2016-cı ildən yığmamızın üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2546

Oxşar yazılar