Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti
09 iyun 2021 13:46 (UTC +04:00)

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

Ərdoğan Türkiyə-Uels oyununu Bakıda izləyəcək

AVRO-2020-nin Türkiyə-Uels matçını Azərbaycanda izləyəcəyəm.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə-Uels matçını Azərbaycan Prezidenti İlham Əliyevlə birgə izləyəcək.

“Proqramımızı belə tərtib etdik”, - deyə Türkiyə dövlət başçısı qeyd edib.

Xatırladaq ki, futbol üzrə Türkiyə və Uels yığmalarının matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

# 2544
avatar

Oxşar yazılar