İnfantino sevgilisinə UEFA-da vəzifə və yüksək maaş  verib - Yeni QALMAQAL
08 avqust 2026 16:50 (UTC +04:00)

İnfantino sevgilisinə UEFA-da vəzifə və yüksək maaş verib - Yeni QALMAQAL

0

Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Gianni İnfantinonun Avropa Futbol Assosiasiyaları İttifaqında (UEFA) çalışdığı dövrdə keçmiş sevgilisinə müavinət ayırıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, qadın təşkilatın inzibati aparatında çalışıb. İnfantino ilə münasibətləri başladıqdan sonra o, rəhbər vəzifəyə yüksəlib və maaşı 30 faiz artırılaraq 160 min İsveçrə frankına çatdırılıb.

UEFA-nın keçmiş rəhbəri Mişel Platini İnfantino ilə qadın əməkdaş arasında olduğu iddia edilən münasibətlə bağlı vəziyyətdən narazılığını ifadə edib. Bundan sonra qadının təşkilatdakı fəaliyyətinə son qoyulması və ona kompensasiya ödənilməsi barədə qərar qəbul edilib.

FIFA-nın hazırkı prezidentinin keçmiş həmkarlarının sözlərinə görə, qadına ödənilən məbləğ ən azı altırəqəmli olub.

Bundan əlavə, UEFA qadının illik təhsil haqqı 45 min funt sterlinq olan MBA proqramında oxumasının xərclərini də qarşılayıb.

UEFA bu ödənişin həyata keçirildiyini təsdiqləyib və həmin əməkdaşla İnfantino arasında münasibət olması barədə yayılan söz-söhbətlərdən xəbərdar olduğunu bildirib. Təşkilat həmçinin müasir və nüfuzlu qurumların standartlarına uyğunlaşmaq məqsədilə daxili qaydaların daha da sərtləşdirildiyini qeyd edib.

Gianni İnfantino 2000-ci ilin avqustundan UEFA-da çalışıb. O, 2009-2016-cı illərdə təşkilatın baş katibi vəzifəsini tutub. 2016-cı ilin fevralında isə FIFA prezidenti seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar