Keyn Messi və Ronaldonun uğurunu təkrarladı
25 may 2026 15:58 (UTC +04:00)

Keyn Messi və Ronaldonun uğurunu təkrarladı

0

Almaniya çempionu "Bavariya”da oynayan ingilis hücumçu Harri Keyn mövsümü 61 qolla başa vurub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 21-ci əsrdə Keyndən əvvəl 60-dan çox qol vuran yeganə oyunçular argentinalı Lionel Messi və portuqaliyalı Kriştiano Ronaldo olub.

Messi 2011/2012 mövsümündə "Barselona"da 73 qol vurub. Ronaldo 2014/2015 mövsümündə "Real"da 61 qol vurub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar