Sentyabrın 27-də "Liverpul" İngiltərə Liqa Kubokunun III tur oyununda evdə "Lester"i inamla məğlub edib - 3:1.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, beləliklə, mersisaydlılar ümumilikdə 20:6 hesabı ilə ardıcıl yeddi qələbə qazanıblar.
Ötən oyunlarda “Liverpul” “Bornmut” (3:1), “Nyukasl” (2:1), “Aston Villa” (3:0), “Vulverhempton” (3:1) və “Vest Hem”ə (3:1) qalib gəlib. Həmçinin, Kloppun komandası ötən həftə Avropa Liqasının açılış oyunnda Avstriyanın LASK komandası üzərində səfərdə qələbə qazanıb - 3:1.
"Liverpul" növbəti oyununu sentyabrın 30-da keçirəcək. Kloppun komandası İngiltərə çempionatında səfərdə "Tottenhem"lə qarşılaşacaq.
Xatırladaq ki, ötən mövsümü "Liverpul" Premyer Liqanı 67 xalla 5-ci pillədə başa vurub. Çempionlar Liqasında mersisaydlılar 1/8 final mərhələsində “Real”a ümumilikdə uduzaraq (2:6) mübarizədən kənarlaşdırılıblar.