Messi Amerika Kubokunda  qızıl buts   geyinəcək
20 iyun 2024 12:20 (UTC +04:00)

Messi Amerika Kubokunda qızıl buts geyinəcək

“Adidas” şirkəti Messinin qarşıdan gələn Amerika Kubokunda geyinəcəyi butsları təqdim edib. 

Lent.az xarici Kİv-ə istinadən bildirir ki, butsun modeli Triunfo Dorado (“Qızıl Zəfər”) adlanır və ağ, qara və qızılı rənglərdə hazırlanır və argentinalının adı dabanında yazılıb.

Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək. Argentina millisi qrupda Kanada (21 iyun), Çili (26 iyun) və Peru (30 iyun) ilə oynayacaq.

İyunun 13-də Messi Amerika Kubokunda iştirak etdiyi üçün Olimpiadanı buraxacağını açıqlamışdı. “Hazırda Olimpiada haqqında düşünmək çətindir, çünki biz Amerika Kubokundayıq. Ardıcıl iki-üç ay olacaq ki, klubda olmayacağam, üstəlik, hər yerdə oynaya biləcək yaşda deyiləm. Diqqətlə seçim etməliyəm və ard-arda iki turnir oynamaq həddən artıq çox olardı”.

Bu yarışda Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasından (CONCACAF) 6 komanda və Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) 10 komanda iştirak edəcək. Adətən turnir yalnız 1993-cü ildən KONMEBOL ölkələrinin komandalarının iştirakı ilə keçirilir, yarışa digər konfederasiyalardan, ən çox isə CONCACAF-dan iki komanda dəvət olunur.

İlk dəfə olaraq Amerika Kuboku iyulun 14-də Almaniyada başa çatacaq Avropa çempionatı ilə eyni vaxtda keçiriləcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1605
avatar

Oxşar yazılar