Messi və Neymar
21 avqust 2021 12:15 (UTC +04:00)

Messi və Neymar

Messi və Neymar yenidən Barselonada

Fransa PSJ-sinin futbolçuları Lionel Messi və Neymar İspaniyaya yollanıb.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, Liqa1-in “Brest”lə görüşünün protokoluna düşməyən hücumçular həftəsonunu Barselonada keçirməyə qərar verib.

Vaxtilə “Barselona”da oynamış forvardlar şəhər kənarında yerləşən Kasteldefelsə gedib. Onlar sabiq komanda yoldaşları, hazırda “Atletiko”da çıxış edən Luis Suaresin buradakı evində qonaq olub.

Qeyd edək ki, cənubi amerikalıların nə vaxt Parisə qayıdacağı bəlli deyil.

# 6129
avatar

Oxşar yazılar