Yekaterina Ryabova
23 yanvar 2022 10:23 (UTC +04:00)

Yekaterina Ryabova

Olimpiyaçılarımız dünya reytinqində - “onluğ”un astanasında

 

Beynəlxalq Konkisürnə İttifaqı (İSU) fiqurlu konkisürənlərin reytinq siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edəcək idmançıların da reytinqdəki mövqeyi bəlli olub.

Yekaterina Ryabova qadınların siyahısında 11-cidir. Onun 2117 xalı var.

Vladimir Litvintsev isə kişilərin fərdi yarışlarında planetin 25-cisidir. Onun aktivində 1369 xal var.

Qeyd edək ki, cədvəllərin ilk pillələrində rusiyalı Anna Şerbakova (3975 xal) və italiyalı Daniel Qrassl (3031) qərarlaşıb.

# 1464
avatar

Oxşar yazılar