Qadın güləşçimiz Avropa çempionatında  gümüş qazandı
14 may 2026 20:41 (UTC +04:00)

Qadın güləşçimiz Avropa çempionatında gümüş qazandı

0

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Lent.az xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın bir güləşçisi fəxri kürsüyə qalxıb.

Xədicə Qurbanzadə (49 kiloqram) finalda ukraynalı Olena Kolubayla qarşılaşıb. Rəqibinə məğlub olan (0:10) həmyerlimiz Avropa çempionatını gümüş medalla başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar