“Qalatasaray” seçkiyə gedir-SƏBƏB
27 mart 2022 09:13 (UTC +04:00)

“Qalatasaray” seçkiyə gedir-SƏBƏB

İstanbulun “Qalatasaray” klubu prezident və idarəetmə strukturlarının yenidən formalaşdırılması üçün seçkilərə gedəcək.

Lent.az-ın xəbərinə görə, İdarə Heyətinin toplantısında klubun prezidenti Burak Elmasın 2021-ci il ərzində fəaliyyəti məqbul sayılmayıb.

Buna görə də yenidən seçki keçirilməli, prezident və İdarə Heyətinin üzvləri seçilməlidir.

Yeni seçkilərin keçiriləcəyi tarix, Burak Elmasın yenidən prezidentliyə namizəd olub-olmayacağı hələ ki, məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1887
avatar

Oxşar yazılar