“Qarabağ” bu futbolçularla müqaviləni yeniləycək -  SİYAHI
27 may 2021 18:54 (UTC +04:00)

“Qarabağ” bu futbolçularla müqaviləni yeniləycək - SİYAHI

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qarabağ”da daha bir neçə futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, konkret olaraq 4 oyunçu Ağdam klubundakı çıxışını davam etdirəcək.

Müqavilə müddəti başa çatan müdafiəçilər Rahil Məmmədov, Abbas Hüseynov və yarımmüdafiəçilər Qara Qarayevlə Filip Ozobiç yeni sözləşməyə qol çəkəcək. Adıçəkilən oyunçularla danışıqlar, demək olar ki, yekunlaşıb. Yaxın müddətdə bu məsələ rəsmiləşəcək və futbolçular müqavilə müddətini uzadacaqlar.

Qeyd edək ki, “Qarabağ” buna qədər müdafiəçilər Maksim Medvedev, Bədavi Hüseynov və Elvin Cəfərquliyevlə yeni saziş imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2352
avatar

Oxşar yazılar