Rafinya “TNT Sports”a müsahibəsində maraqlı açıqlamalar verib.
Lent.az-ın xəbərinə görə, o, kryerasının ən yaxşı qərarı haqqında danışıb: "Barselona” ilə müqavilə imzalamaq".
Digər təkliflər haqqında: "Bəli. Olub. Londonun mavi komandası və Londonun qırmızı komandası idi".
“Qızıl top” haqqında: "Bu, heç vaxt mənim məqsədim olmayıb".
“Real” haqqında: "Ən sevdiyim rəqib".

Lamin Yamal haqqında: "Şalvarını bir az yuxarı çəkməlidir. Çox vaxt küçədə elə gəzir ki, sanki şalvar geyinməyibmiş kimi. Buna diqqət yetirməlidir", - braziliyalı gülərək əlavə edib.
Komandanın ən şık oyunçusu haqqında: "Mən özümü seçərdim. Kunde klassik stilə malikdir. O, bunu sevir, amma mən öz stilimi üstün tuturam".