Son vaxtlar adı Türkiyə, Rusiya və Avropanın müxtəlif komandaları ilə yanaşı çəkilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni müqavilə imzalayıb.
Lent.az xəbər verir ki, o, Ağdam təmsilçisi ilə 3 illik sözləşməyə imza atıb.
Bildirilib ki, yeni anlaşmaya əsasən, Qurbanov 2029-cu ilin yayına qədər “Qarabağ”a rəhbərlik edəcək.
Yeni kontrakta əsasən, "Qarabağ" Qurbanovun əməkhaqqısını da artırıb.
Xatırladaq ki, Q.Qurbanov "Qarabağ"ı 13 dəfə ölkə çempionu edib, 6 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.
Qeyd edək ki, bu barədə ilk məlumatı “Sportinfo.az” yayıb.