"Real" və "Mançester Siti" eyni gündə  baş məşqçiləri ilə yollarını  ayırdılar
22 may 2026 15:27 (UTC +04:00)

"Real" və "Mançester Siti" eyni gündə baş məşqçiləri ilə yollarını ayırdılar

0

Mayın 22-də dünya futbolunun iki nəhəngi - "Real" və "Mançester Siti" bir saatlıq fasilə ilə məşqçiləri Alvaro Arbeloa və Xosep Qvardiolanın müqavilələrini ləğv etdiklərini açıqlayıblar.

Lent.az-ın məlumatına görə, ispaniyalı məşqçi və "Real"ın baş məqşçisi Alvaro Arbeloa qısamüddətli vəzifəsindən könüllü olaraq ayrılıb.

"Komandadan böyük minnətdarlıqla ayrılıram, çünki oyunçular məni daha yaxşı etdilər və hər gündən zövq almağıma kömək etdilər. Klubun yeni məşqçilər heyətində qalmayacağam. Mourinyonun yaxşı mütəxəssislərlə əhatə olunmuş öz fantastik komandası var. Əgər gəlsə, bunu öz adamları ilə edəcək, necə ki, belə də olmalıdır. Buna görə də, onunla qalmağımın heç bir şansı yoxdur", - Alvaro Arbeloa söyləyib.

Arbeloa bu ilin yanvar ayında Madrid komandasının məşqçisi vəzifəsinə təyin olunub və həmyerlisi Xabi Alonsonu əvəz edib.

Dərhal sonra İngiltərədən xəbər gəlib və Xosep Qvardiola "Mançester Siti"dən ayrıldığını elan edib.

Qvardiola son 10 ildə "Mançester Siti"yə rəhbərlik edib və bu müddət ərzində komanda 20 kubok qazanıb. Onlar altı dəfə Premyer Liqa, üç dəfə İngiltərə Kuboku və İngiltərə Super Kuboku, beş dəfə isə İngiltərə Liqa Kubokunu qazanıblar.

Onlar həmçinin UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kubokununda qalib olublar.

Qeyd etmək lazımdır ki, Qvardiolanın keçmiş yetirməsi Ceydon Sanço bu yaxınlarda dünya futbolunda tarixə düşüb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar