"Beşiktaş" azarkeşləri bu gün "Trabzonspor"la oyunda Sergen Yalçına etiraz etməyə hazırlaşır.
"Beşiktaş" - "Trabzonspor" oyununun baş hakimi bəlli olub. Oyunu Oğuzhan Çakır idarə edəcək.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Beşiktaş" azarkeşlərinin "Trabzonspor" oyunu zamanı məşqçi Sergen Yalçına qarşı etiraz aksiyası hazırladığı iddia edilib.
"Konyaspor"un “Beşiktaş”ı Türkiyə Kubokundan kənarlaşdırılmasından sonra tribunalarda Sergen Yalçına qarşı tənqidlər artıb. "Trabzonspor"la oyun zamanı azarkeşlərin verəcəyi reaksiya artıq bir çox fərziyyələrə səbəb olub.