Türkiyə dünya çempionatında qrupdan çıxmaq şansını  itirdi
20 iyun 2026 10:00 (UTC +04:00)

Türkiyə dünya çempionatında qrupdan çıxmaq şansını itirdi

0

Türkiyə millisi 2026-cı il dünya çempionatında qrup mərhələsini keçə bilməyəcək.

Lent.az xəbər verir ki, komanda ilk iki turdan sonra xal qazana bilməyib. Türklər ilk oyunda Avstraliyaya 0:2 hesabı ilə uduzub, ikinci turda isə bütün ikinci hissəni say üstünlüyündə keçirməsinə baxmayaraq Paraqvaya 0:1 hesabı ilə məğlub olub.

Beləliklə, D qrupundakı son qarşılaşmada ABŞ millisinə qalib gəlsə belə, Türkiyə turnir cədvəlində rəqiblərini keçə bilməyəcək. Xallar bərabərləşəcəyi halda komanda şəxsi görüşlərin nəticələrinə görə həm Avstraliyadan, həm də Paraqvaydan geri qalacaq.

Bununla da Türkiyə dünya çempionatında qrup mərhələsinin ikinci turundan sonra pley-offa yüksəlmək şansını riyazi olaraq itirən ikinci komanda olub. Bundan əvvəl Haiti millisi də turnirlə erkən vidalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar