Yankoviç 8 oyunluq cəzalandırıldı,  “Qarabağ” 25500 manat cərimələndi
08 may 2026 17:42 (UTC +04:00)

Yankoviç 8 oyunluq cəzalandırıldı, “Qarabağ” 25500 manat cərimələndi

1

"Qarabağ"ın futbolçusu Marko Yankoviçə ciddi cəza verilib.

Lent.az-ın xəbərinə görə, bununla bağlı AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna yarımmüdafiəçinin Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah"la oyununda etdikləri səbəb olub.

O, hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhdinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyunu buraxmalı olacaq.

“Qarabağ” isə 25 500 manat cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1154

Oxşar yazılar