Bakı kəndlərinə doğru daha bir yol salınır
“Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, Zığ dairəsi - Heydər Əliyev adına Beynəlxalq hava limanı avtomobil yolunun 13-cü kilometrindən Qala stansiyası və Sahil istiqamətinə yeni yolun tikintisi davam etdirilir. Yeni salınan yolun uzunluğu 12,5 km, eni isə, 21,5 m olacaq.
Yolun üzərində 8 suötürücüsü, 3 mühəndis texniki qurğu, 2 yolötürücüsü və 3 heyvan keçidinin tikintisi planlaşdırılır. Ümumi yolun 9 kilometrliyində 2 qat asfalt-beton örtüyünün salınması başa çatdırılıb. Hazırda bu hissədə yolun işıqlandırılması, yol çiyinlərinin hazırlanması və qalan 3,5 km-də torpaq işləri davam etdirilir. 4 zolaqdan ibarət olacaq yolda 3 heyvan keçidi, 2 mühəndis texniki qurğusu, 1 yol ötürücüsü hazırdır və nəzərdə tutulan digər yolötürücüsünün hərəkət hissəsində betonlama, qalxma və enmə zolaqlarında özül işləri gedir.
İnşasına 2011-ci ildə başlanılan yolun istifadəyə verilməsi ilə Qala, Şüvəlan və digər qəsəbələrlə paytaxt arasındakı avtomobil yolu xeyli qısalacaq.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28