Məişət tullantıları üzvi gübrəyə çevriləcək
Gəncəbasarda məişət tullantılarının kamposlaşdırılması ilə bağlı işlərə başlanılacaq
Bu il Gəncə Regional Elm Mərkəzi tərəfindən Gəncəbasar ərazisində məişət tullantılarının üzvi gübrə kimi dəyərləndirilməsi üçün işlərə başlanılacaq. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Mərkəzin şöbə müdiri İrşad Abbasov məlumat verib. Onun sözlərinə görə, məişət tullantılarının 40 faizi üzvü tullantılardır ki, onları kamposlaşdırma yolu ilə üzvi gübrəyə çevirmək olar. Bu isə kənd təsərrüfatının inkişaf etdiyi qərb bölgəsində mühüm rol oynayacaq. Artıq bunun üçün Gürcüstanın Kutaisi şəhərinin mütəxəssisləri ilə danışıqlar aparılır.
İlk olaraq Kutaisi şəhərində kamposlaşdırma ilə bağlı maarifləndirici tədbir keçiriləcək. Gəncəbasardan olan fermerlər və bələdiyyə üzvləri bu şəhərdə praktika keçəcəklər. Daha sonra isə maarifləndirici tədbir Gəncədə təşkil olunacaq.
Öyrənilənlərin tətbiqi ilə məişət tullantıları lazımınca dəyərləndiriləcək.
Vüsalə Cənnətova

Oxşar yazılar

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb
30 iyul 2025 , 11:35