Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru işdən çıxarılıb
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) Müşahidə Şurasının qərarı ilə şirkətə yeni icraçı direktor təyin olunub.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, ölkənin iqtisadi inkişaf nazirinin sədrliyi ilə keçirilən Müşahidə Şurasının iclasında bir sıra məsələ ilə paralel olaraq təşkilati aspektlərə də baxılıb. Müşahidə Şurasının qərarı ilə Əfqan İsayev AİŞ-in icraçı direktoru təyin edilib. Ə.İsayev bundan əvvəl «Bank of Baku» Səhmdar Kommersiya Bankı İdarə Heyətinin sədr müavini (risk və hüquq sahəsinin rəhbəri) işləyib. O, əvvəllər bu vəzifədə çalışan Anar Axundovu əvəzləyib.
Ə.İsayev 1974-cü ildə anadan olub, 1996-cı ilədək ABŞ-ın Rutgers Universitetində maliyyə və iqtisadiyyat ixtisası üzrə BS/BA dərəcəsinə yiyələnib, 1998-ci ildə isə «Rutgers Graduate School of Management»də MBA dərəcəsi alıb. Bank sahəsində fəaliyyətinə isə dünyanın ən iri maliyyə qurumlarından biri olan «American Express» şirkətində başlayıb.
Qeyd edək ki, AİŞ 2006-cı ilin mart ayında yaradılıb. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir. Hazırda AİŞ-in nizamnamə kapitalı 90 mln. manat təşkil edir.

Oxşar yazılar

Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44